Uşaqları günvurmadan belə qoruyun

Havaların kəskin istiləşməsi böyüklərdən çox, uşaqların səhhətinə mənfi təsir göstərir.

Uşaqlarda böyüklərlə müqayisədə günvurma və istivurma halları daha tez-tez baş verir.

Bəs uşaqları belə isti havalarda günvurmadan necə qoruyaq?

Günəşli havaları nəzərə alaraq valideynlər uşaqları səhər saat 11-dən 17:00-dək küçəyə buraxmamalıdırlar. Əgər balacaları çölə çıxarmaq məcburiyyətində qalsalar, mütləq uşağın başına papaq qoymalı və ya çətir tutmalıdırlar. Bundan başqa, əyinə yapışmayan, sintetik olmayan, açıq rəngdə olan geyimlərə üstünlük verilməsi tövsiyə olunur.

Uşaqlar kölqədə oynamalı, açıq günün altında olmamalıdır. İsti havada uşaqlar çox qaçmamalı və digər aktiv oyunlar oynamamalıdır. Bu susuzlaşmanı və istivurma riskini artırır. Çöldə oynayan uşağa mütləq tez-tez su verin.  

İsti havada uşaqlara bol maye, ayran, meyvə-tərəvəz verilməlidir. Mütəxəssislərin fikrincə, belə isti günlərdə uşaqlara davamlı olaraq çay və şirin çay verilməsi düzgün deyil. Bunun əvəzinə adi su vermək lazımdır.

Axar.az xəbər verir ki, uşaqları istidən qorumağın ən gözəl yollarından biri də onları hər gün çimizdirməkdir. Hər dəfə sabun və şampundan istifadə etməyin, bu uşaq dərisinə mənfi təsir edir. 

Belə havalarda uşaqlara yağlı və ağır qidalar vermək doğru deyil. Uşaqlar yüngül qidalanmalı, bol vitaminli, asan həzm olunan yeməklər yeməlidir.

Əgər uşağınızda başağrısı, halsızlıq, süstləşmə, hərarətin yüksəlməsi, nəbzin tezləşməsi, ürəkbulanması, qusma müşahidə etmisinizsə, bu, günvurmanın əlamətlərdir. İlk yardım üçün uşağı sərin yerə aparmaq, sərin su vermək lazımdır. Uşağın alın və sinə nahiyələrinə soyuq kompress qoyun. Günvurmaya şübhə yarandıqda mütləq təcili yardım çağırın.

İstidən qorunmaq üçün kondisionerdən də düzgün istifadə etmək lazımdır ki, bayırdan evə girərkən havanın temperaturu birdən-birə aşağı düşdüyü üçün orqanizmə pis təsir etməsin. Evdə temperatur 24-25-dən aşağı olmamalıdır. 


loading...

Sizdə baş ağrısı, ürəkbulanması, qusma varsa... Beyin şişlərinin səbəbləri, simptomları və müalicəsi

HƏKİMLƏR

Gültəkin Abdullayeva

Gültəkin Abdullayeva

Trixologiya

Həkim-trixoloq Əmək stajı - 25 il

Ətraflı...
Məhəmməd Davudov

Məhəmməd Davudov

Üz-çənə və baş-boyun cərrahiyyəsi

Üz-çənə və baş-boyun cərrahı Əmək stajı - 16 il

Ətraflı...
Mamed Muradov

Mamed Muradov

Stomatologiya

Stomatoloq, implantoloq İş stajı: 12 il

Ətraflı...

 


Яндекс.Метрика