Uşaqda boğaz ağrıyanda bu vasitələrdən istifadə etməyin!

Boğaz iltihabı zamanı tez-tez yerli antiseptik vasitələrdən istifadə olunur. Bu vasitələrin tərkibi müxtəlif olur.

Bəzilərinin tərkibinə antiseptik komponent kimi yod daxil edilir. Belə vasitələrdən biri Lüqoldur. Tərkibində yod olan bu antiseptik vasitə sovet dövründən bəri tanınır və geniş istifadə olunur.

Lakin son zamanlar pediatrlar tərkibində yod olan antiseptik vasitələrdən boğaz iltihabı zamanı istifadə etməyi qəti surətdə tövsiyə etmir.

Saglamolun.az Medicinform-a istinadla xəbər verir ki, bu yaxınlarda tanınmış Ukraynalı pediator Evgeni Komarovski bu məsələ ilə bağlı valideynlərə müraciət edib. Onun sözlərinə görə lüqol uşağın boğazının selikli qişasına çəkiləndə uşaq dərmanın bir çox həssəsini udur. Bu isə uşağın qalxanvari vəzisi üçün çox ziyanlıdır. Bildiyimiz kimi, yodun çatışmazlığı qalxanvari vəzi xəstəliklərinə səbəb ola bilər. Lakin yodun həddindən çox miqdarda qəbulu da eyni dərəcədə təhlükəlidir və qalxanvari vəzinin funksiyasının pozulmasına səbəb ola bilər.

Pediatr qeyd edir ki, dünyanın inkişaf etmiş ölkələrində boğaz xəstəlikləri zamanı yod məhlullarından  istifadə olunmur.

Saglamolun.Az




loading...

.