Bu insanlar üçün koronavirus daha təhlükəlidir

Tanınmış rusiyalı həkim, akademik, millət vəkili Gennadi Onişenko koronavirusun hansı qrup insanlara ən böyük təhlükə yaratdığı haqqında məlumat verib.

Saglamolun.az kp.ru-ya istinadla bildirir ki, akademikin sözlərinə görə, ölüm halların əksəriyyəti 70 və bundan çox yaşı olan insanlar arasında qeydə alınır. Bunun səbəbi yaşla bağlı olan immun sisteminin zəifləməsidir.

Digər risk qrupları: şəkərli diabet xəstələri, ürək-damar sistemi xəstəlikləri, hipertoniya və xroniki respirator xəstəlikləri (astma, xroniki obstruktiv ağciyər xəstəliyi, respirator allergiya, ağciyər hipertenziyası, peşə xəstəlikləri) olan insanlardır.  

Bunları nəzərə alaraq akademik risk qruplarına aid olan insanları daha ehtiyatlı olmağa çağırıb, onlara profilaktik qaydalara tam şəkildə riayət etməyi tövsiyə edib. 

Saglamolun.Az

Youtube kanalımıza abunə olun ki, faydalı videolardan xəbəriniz olsun

loading...