Sensasiya! Üçəm ana bətnində əməliyyat olunub

Omsk şəhərində (Rusiya Federasiyası) yaşayan qadının bətnində olan üçəmdə nadir patologiya aşkarlanıb.

3 uşaqda bir qan dövranı sistemi var idi. Qan bir uşaqdan digərinə dövr edirdi. Körpələrə təcili cərrahi əməliyyat tələb olunurdu, əks halda körpələr həlak ola bilərdi.

Rusiya KİV-lərin məlumatlarına əsasən, Ekaterinburq şəhəri (Rusiya Federasiyası) Elmi-tədqiqat institutunun alimləri ana və körpəyə kömək edə biliblər. Həkimlər lazerin köməyi ilə uşaqları birləşdirən ümumi damarlar ayırıblar. Artıq hər uşağın öz qan dövranı sistemi var. Bu nadir və mürəkkəb əməliyyat bətndaxili olmaqla keçirilib.

Həkimlərin sözlərinə görə, ana və körpələrin vəziyyəti yaxşıdır, uşaqlar normal inkişaf edir.

Saglamolun.Az