Bu məhsullar diabetin inkişafından qoruyur

London Kral kollecinin alimləri diabet xəstəliyinə meyilli olan insanların iştirakı ilə araşdırma aparıblar.

TechTimes xəbər verir ki, araşdırmada 73 nəfər insan iştirak edirdi. Alimlər 3 ay ərzində onların qidalanmasını analiz edirdilər.

Tədqiqatçılar belə nəticələrə gəliblər ki, qidalanmada tərəvəzlər və qoz-fındıq kimi məhsulların artırılması, ət və pendir kimi məhsulların azaldılması 2-ci tip şəkərli diabetin inkişafının riskini azaldır.

Saglamolun.Az