Osteoporozun müalicəsində MÜHÜM YENİLİK

Toronto Universiteti (Kanada) alimləri osteoporoz xəstəliyinin müalicəsi üçün yeni terapiya təqdim ediblər.

Yeni müalicə metodu artıq siçanların üzərində test olunub və çox yaxşı nəticələr verib.

Osteoporoz xəstəliyi zamanı sümük toxuması azalır, ki belə insanlarda hətta yüngül travma nəticəsində tez-tez sınıqlar olur.

Yeni metodikanın müəllifləri osteoporozu olan siçanlara sağlam siçanlardan alınan gövdə hüceyrələrini  yeridirdilər. Bir müddətdən sonra müayinə göstərib ki, siçanlarda sümük toxuması bərpa olunub və osteoporozun simptomları xeyli azalıb.

Xarici mətbuat xəbər verir ki, yeni metodika artıq osteoporozdan əziyyət çəkən insanların üzərində də test olunur.

Saglamolun.Az