Sinqapur alimləri xərçəngi 15 dəqiqə ərzində təyin edən xüsusi biosensor yaradıblar.
Şişlərin inkişafı zamanı orqanizmdə bəzi spesifik maddələr əmələ gəlir. Bu maddələr müxtəlif xərçəng xəstəlikləri üçün müxtəlifdir. Yeni biosensor bu maddələri pasiyentin sidiyində tez bir zamanda aşkar etməyə imkan verir.
ScienceAlert xəbər verir ki, alimlər yeni biosensoru bir neçə pasiyentin üzərində test ediblər və yaxşı nəticələr alıblar.
Saglamolun.Az