Ağız suyunun analizi ölümün yaxınlaşmasından xəbər verə bilər


The Daily Mail xəbər verir ki, Birmingem Universiteti (İngiltərə) alimləri araşdırmalar nəticəsində belə qərara gəliblər ki, insanın ölümünə yaxın onun ağız suyunda immun sistemi hüceyrələri olan A immunoqlobulinlərinin (İgA) səviyyəsi aşağı düşür.

Maraqlıdır ki, bu araşdırma 19 il bundan əvvəl başlayıb. Eksperimentdə 639 insan iştirak edib. Alimlər daim bu insanların ağız suyunda İgA təyin edirdilər.  

Saglamolun.Az