Caspian İnternational Hospitalda ÜÇƏM SEVİNCİ!

Üçəmin dünyaya gəlməsi çox nadir bir hadisədir. 03.08.2015 il tarixində Caspian İnternational Hospitalda üçəm (2 oğlan və 1 qız) dünyaya gəldi.

Bir neçə gündən sonra ana və üç körpə təntənəli musiqi sədaları altında klinikadan evlərinə yola salındı.

Bu gözəl üç körpənin dünyaya göz açmağında klinikanın fəxri, xeyirxah insan və professional həkim Xalidə xanım Məmmədovanın böyük rolu oldu - bir ailəyə birdən üç sevinc bağışlandı.

Dünyaya gələn andan evə yazılana gədər uşaqlara peşəkar həkim-neonatoloqlar - Zəfər Abubəkirov və Nigar Şahbazova, uşaq reanimasiyası şöbəsinin baş tibb bacısı Sevda Allahverdiyeva və şöbənin tibb işçiləri nəzarət edirdi.

Caspian İnternarional Hospitalının peşəkar və mehriban kollektivi hər zaman pasiyentlərinin xoş əhval-ruhiyyə ilə klinikadan ayrılmaqları üçün çalışır.

Saglamolun.Az