İmmunitet sisteminin supressiyası ilə bu hüceyrələrin yenidən insulin ifraz edə bilmələrinə və insanın bu xəstəlikdən tam xilas olmasına nail oluna bilər.
Hollandiyalı elm adamları 1-ci tip şəkərli diabetin tam müalicəsini təmin edə biləcək bir metod üzərində xeyli irəliləmə əldə etdiklərini açıqlayıb. Leiden Universiteti Xəstəxanası tədris üzvü prof. dr. Bart Roep uzun zaman ərzində diabet xəstələrində beta hüceyrələrinin immunitet sistemi tərəfindən tamamilə məhv edildiyinin düşünüldüyünü, ancaq bunun doğru olmadığının ortaya çıxdığını qeyd edib. İllərdir şəkərli diabet xəstəsi olan insanların belə insulin hormonu ifraz edən beta hüceyrələrinə sahib olduqları müəyyən edilib. Bart Roepin fikrincə, immunitet sisteminə təzyiq olunmaqla bu hüceyrələrin yenidən insulin ifraz edə bilmələri və insanın bu xəstəlikdən tamamilə xilas olması təmin edilə bilər.
Saglamolun.Az