Klimaks dövründə qadınlar daha az qrip olur

Elm adamları hormonlarla qripin bir-biri ilə əlaqəli olduğunu aşkar edib.

Almaniyanın “Guter Rat” jurnalının xəbərinə görə, amerikalı elm adamlarının apardığı araşdırmada gənc qadınların kişilərə nisbətən daha çox qripə tutulduğu məlum olub. Klimaks dövrü və bu dövrdən sonra isə qadınlarda qrip hallarına daha az rast gəlinir.

Qadınlardakı hormonal inkişafın immunitet sistemini qripə qarşı zəiflətdiyini aşkar edən alimlər klimaks dövründə hormonal inkişafın dəyişməsi ilə qripə qarşı bu zəifliyin də aradan qalxdığını bildirib.

Lakin alimlər yan təsirləri səbəbilə qripə qarşı hormonal müalicənin tətbiqinə də qarşı olduqlarını qeyd ediblər.

Saglamolun.Az