Saglamolun.az saytı artıq 10 ildir ki, insanlarımızı sağlamlıq və sağlamlığın qorunması mövzularında maarifləndirir.
Saytımızda sağlam qidalanma, həyat tərzi, müxtəlif xəstəliklərin profilaktikası, körpələrə düzgün baxım və s. bu kimi vacib mövzularda saysız məqalələr və məlumatlar dərc olunub.
Bu gün biz oxucularımıza növbəti maarifləndirici layihəmizi təqdim edirik. Saglamolun.az saytının Buta dizayn şirkəti ilə birgə “Həkimə qədər İLK TİBBİ YARDIM” kitabı işıq üzü görüb. Bu kitabda həkimə qədər ilk yardımın ən əsas və vacib qaydaları və texnikaları müfəssəl şəkildə təqdim olunur.
Hər bir təcili yardım həkimi və ya xilasedici təsdiq edə bilər ki, vaxtında və düzgün göstərilmiş həkimə qədər yardım insanın nəinki sağlamlığını, hətta həyatını xilas edə bilər.
Təəssüf ki, əksər insanlarımızın bu mövzuda bilikləri olduqca azdır. Əksər xarici ölkələrdə məktəblərdə xüsusi olaraq ilk yardım dərsləri keçirilir, böyüklər üçün ödənişsiz kurslar təşkil olunur. Bizdə isə bu istiqamətdə heç bir maarifləndirmə işi, demək olar, aparılmır.
Hər bir insan həyatında fövqəladə vəziyyətlərlə - travma, qəza, yanıq, ürək tutması, bayılma və s. üzləşə bilər. Belə vəziyyətlərdə insanın biliyi və səriştəsi onun özünü və ətrafdakılarını ciddi sağlamlıq problemlərindən və hətta ölümdən xilas edə bilər.
“Həkimə qədər ilk tibbi yardım” kitabı oxucuları bu kimi fövqəladə vəziyyətlərdə həkimə qədər yardımın qaydaları ilə tanış edir:
- yaralanma,
- xarici və daxili qanaxma,
- sınıq, dartınma, zədə,
- müxtəlif ağrılar (baş, bel, oynaq və s.)
- yanıqlar,
- zəhərlənmə (qazdan, kimyəvi maddələrdən, qidadan və s.),
- it qapması,
- ilan sancması,
- həşərat dişləmələri,
- yüksək hərarət,
- qıcolma,
- bayılma (özündən getmə),
- suda boğulma,
cərəyanvurma,
- gün və istivurmalar,
- ürək tutması,
- insult, infarkt,
- təzyiqin kəskin qalxması və düşməsi,
- ürəyin və tənəffüsün dayanması, şok və s.
Əldə etmək üçün linkə keçin: https://saglamolun.az/index.php/2011-04-25-08-13-16/798-ilk-tibbi-yardim.html
Saglamolun.Az