Merilend Universitetinin (ABŞ) alimləri 40 yaşdan yuxarı olan 500 min insanın məlumatlarını araşdırıb belə nəticəyə gəliblər ki, 2 kateqoriya insanlara digərlərlə müqayisədə koronavirus diaqnozu daha tez-tez qoyulur.
Bu artıq çəkili insanlar və II tip şəkərli diabet xəstələridir.
Saglamolun.az bildirir ki, bu məlumat PLOS ONE jurnalında dərc olunub.
Mütəxəssislərin fikrinə görə, məhz bu 2 kateqoriya insanların koronavirus infeksiyasına tutulması meylli olması ona işarə edir ki, koronavirusun insan metabolizmi ilə əlaqəyə girmək xüsusiyyəti var. Lakin alimlər bunun necə baş verdiyini hələ ki bilmir.
Saglamolun.Az