Həkimlər müntəzəm olaraq insanları sızanaqların sıxılmasının təhlükəsi ilə bağlı xəbərdarlıq edirlər. Təəssüf ki, bir çoxları buna məhəl qoymur.
Saglamolun.az medikforum.ru-ya istinadla bildirir ki, Çinin Tszyansu vilayətində yaşayan bir kişi dodağın altında çənədə olan sızanağı sıxdıqdan bir neçə saat sonra ani halsızlıq və zəiflik hiss edib. Növbəti gün onun ağzı qızarıb və şişib, yüksək qızdırma qalxıb, kişi boğulmağa başlayıb.
Xəstəxanaya yerləşdirdikdən sonra məlum olub ki, sıxılmış sızanaqdan əvvəl ağız boşluğunda, sonra isə ağciyərdə ciddi iltihab yaradıb. İnfeksiya pnevmoniya və ağciyərin ödeminə səbəb olub. Xəstə artıq 2 aydır ki, xəstəxananın reanimasiya şöbəsində müalicə alır.
Saglamolun.Az