Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Qebreyesus 16 oktyabrda Cenevrədə keçirilmiş brifinqdə bildirib ki, koronavirusun ağır gedişatı zamanı yeganə effektli dərman deksametazondur.
Saglamolun.az bildirir ki, bu haqda РИА Новости məlumat verib.
“Hazırda koronavirusu ağır formada keçirən xəstələrin müalicəsi üçün istifadə olunan yeganə effektli terapevtik vasitə kortikosteroid deksametazondur” – Qebreyesus bildirib.
Lakin mütəxəssislər qeyd edirlər ki, deksametazon yalnız koronavirusun ağır formalarında istifadə olunmalıdır. Yüngül formalarda isə bu preparatın istifadəsi əksinə təhlükəlidir və yanaşı təsirlərə səbəb ola bilər.
Saglamolun.Az