Koronavirus xəstələri niyə üzü üstə yatırılır? - FOTO-İZAH

Xəstəxanalarda, xüsusilə reanimasiya şöbələrində koronavirus xəstələrini bir çox hallarda qarın üstə uzanmış vəziyyətdə görürük. İnsanların əksəriyyətində bu maraq və təəccüb yaradır.

Saglamolun.az bunun səbəbini araşdıraraq rusiyalı anestezioloq-reanimatoloq Sergey Sibirsevin bu haqda çox sadə izahını aşkar edib.

“Buna pron-pozisiya deyilir. Bu vəziyyətdə olan insanın ağciyərinə daha çox oksigen daxil olur və bu oksigen daha yaxşı qana keçir. Həmçinin nəfəsalma prosesinə ağciyərin daha böyük səthi qoşulur və süni tənəffüs aparatının mənfi təsiri də bir qədər azalır”.

Həkim pron-pozisiyanın mahiyyətini sxemlər üzərində belə izah edib:

“Dairələrlə işarə olunanlar alveollar (ağciyər alveollardan ibarətdir) bel üstə uzananda əsas işi görür. Qalan alveollar (oval şəklində göstərilib) döş qəfəsi, ürək və yuxarıda yerləşən alveollarla sıxılıb.

Koronavirus infeksiyanın ağır gedişatı zamanı (kəskin respirator distress-sindromun inkişafı zamanı) ağciyərin aşağı hissəsində “maye” yığılır və ağciyər öz funksiyasını normal yerinə yetirə bilmir.

Bu isə qarın üstə uzanan sağlam insanın ağciyəridir. Gördüyünüz kimi alveollara daha az  təzyiq olur və onların daha çox hissəsi “nəfəs alır”.

Bu da koronavirusun ağır gedişatı zamanı qarın üstə uzanan xəstənin ağciyəridir. Gördüyünüz kimi, burada daha çox alveollar “işləyir”.

Yeri gəlmişkən həkimlər evdə müalicə alan yüngül simptomlu koronavirus xəstələrinə də gün ərzində bir neçə dəfə 10-15 dəqiqə qarın üstə uzanmağı tövsiyə edirlər. Bu ağciyərdə durğunluq proseslərinin və pnevmoniyanın inkişafının qarşısını alır, ağciyərin fəaliyyətini yaxşılaşdırır.

Saglamolun.Az