Spirti iyləmək koronavirusdan qoruyurmu?

Koronavirusla bağlı feyk xəbərlər dayanmadan artır. Son belə xəbərlərdən birində deyilib ki, koronavirusdan qorunmaq üçün spirt və ya arağı iyləmək lazımdır.

İlk dəfə bu haqda danışan “həkim”in videosu sosial şəbəkələrdə sürətlə yayılıb və bir çox insanlar buna inanıb. Təəssüf ki, bizdə də buna inannanlar az deyil.

Nəzərinizə çatdıraq ki, koronavirus epidemiyası zamanı spirt yalnız dezinfeksiyaedici vasitə kimi əllərin və səthlərin silinməsi üçün istifadə oluna bilər və yalnız bu halda koronavirusa öldürücü təsir edir. Bu zaman spirtin konsentrasiyası 65%-dən yuxarı olmalıdır.

Spirtli içkilərin daxilə qəbulu nəinki koronavirusu öldürmür, əksinə immun sistemini zəiflədərək orqanizmi viruslara qarşı daha da müdafiəsiz edir.

Saglamolun.az bildirir ki, spirti və ya arağı iyləmək də koronavirusu öldürmür. Həmçinin bu çox ziyanlıdır. Bu burunun selikli qişasına ziyan vurur, onu yandırır, orqanizmə toksiki təsir edir. Selikli qışalar orqanizmə virus və mikrobların daxil olmasının qarşısını alır. Spirtlə yandırılmış selikli qışalar bu funksiyanı itirir.  

Saglamolun.Az