İrlandiya alimləri sübut edirlər ki, D vitamini respirator infeksiyalardan qoruyur, immun sistemini gücləndirir və antibiotiklərin qəbulunu azaltmağa yardım edir.
Saglamolun.az xarici KİV-lərə istinadla bildirir ki, alimlər yaşı 50-dən yuxarı olan və gün şüalarını az qəbul edən insanlara profilkatik olaraq D vitaminini qəbul etməyi tövsiyə edirlər.
“D vitamini aşağı tənəffüs yollarının infeksiyalarının profilaktikasında, xüsusilə yaşlı insanlarda, çox vacibdir. Bir araşdırma göstərib ki, D vitaminin qəbulu bu riski 2 dəfə azaldır. Bundan əlavə D vitamini sümük və əzələlərin sağlamlığı üçün çox önəmlidir,”- İrlandiyalı professor Rouz Enn Kenni qeyd edib.
Nəzərinizə çatdıraq ki, koronavirus məhz aşağı tənəffüs yollarını zədələyir. Koronavirusun ağır fəsadlarının xüsusilə atipik pnevmoniyanın riski yaşlı insanlarda cavanlarla müqayisədə daha yüksəkdir.
Diqqət! D vitaminini yalnız həkim məsləhətləşdikdən sonra qəbul etmək olar.
Saglamolun.Az