Tanınmış amerikalı həkim: Koronavirusdan yalnız immunitet qoruya bilər

Tanınmış türk əsilli amerikalı həkim, ABŞ-da populyar televerilişin müəllifi və aparıcısı Mehmet Öz koronavirus haqqında çox maraqlı açıqlamalar verib.

Saglamolun.az t24.com.tr saytına istinadla sizi Doktor Özün koronavirus haqqında fikirləri ilə tanış edir.

“Dostlar, bu virusdan qaçmaq mümkün deyil. Biz hamımız bu virusa yoluxacağıq. Ola bilsin ki, bizdən bəziləri bilmədən bu virusa yoluxub və artıq sağalıb. Lakin biz bu virusa nə qədər gec tutulsaq, o qədər yaxşıdır”.

“Hətta bu virusa qarşı vaksin tapılsa belə virus hər dəfə mutasiya edəndə bu vaksin öz funksiyasını itirəcək. Qripə qarşı vaksinlər də belədir. Bu vaksin bizi yalnız kəçən ilin virusundan qoruyur. Yəni tam müdafiə etmir. Tam müdafiə yalnız immun sistemidir”.

“Karantin çox vacibdir. Karantin virusun yayılmasını ləngidir və səhiyyə sektorunu kollapsdan qoruyur. İtaliyada virusun sürətlə yayılması nəticəsində dəhşətli vəziyyət yaranıb”.

“Müəyyən müddətdən sonra biz koronavirusla uzun illən, onillər yaşamağı öyrənəcəyik”.

“Virusların bir çoxu bizə heyvanlardan keçir. Bu viruslar heyvanları öldürmür. Ona görə ki, onlar heyvanların orqanizmində yaşayır və heyvanlar onlara yaşamaq üçün lazımdır. Virusun öz yiyəsini öldürmək fikri yoxdur.

Bəs onda biz niyə ölürük? Biz hələ ki bir birimiz tanımırıq. Bir müddət keçəndən sonra bu virusa olan həssalığımız azalacaq və biz bir yerdə yaşamağı öyrənəcəyik. Bizim bədənimiz viruslara yaşamaq üçün lazımdır.

Herpes virusu haqqında eşitmisiniz? Bu dünyada ən yayılmış virusdur. Herpes bədənimizdə biz ölənə qədər qalır. Herpez bizi öldürmür, yalnız arada dodaqlarda səpkilər yaradır. Bu qədər. Ona görə ki, biz ölsək, herpes da öləcək.

Qrip də belədir. Hər il qripə yarım milyard insan yoluxur. Onlardan 0,1% ölür və bu xroniki xəstəlikləri olan insanlardır. Viruslar çoxdur və biz onlarla yaşamağı öyrəşmişik. Koronavirusla da belə olacaq”.

Mehmet Öz koronavirusdan qorunmaq üçün bu kimi tövsiyyələri verib:

- Karantin. Virusa nə qədər gec yoxacaqsınızsa, bir o qədər yaxşıdır.

- Meyvə və tərəvəzləri yeyin.

- Sarımsaq, qatıq, kefir, yaşıl çay immun sistemi üçün faydalıdır.

- Hərəkətli olun, idmanla məşğul olun.

- İmmun sistemini möhkəmləndirən vitamin və qida əlavələri qəbul edin: C vitamini, sink, beta-qlükan və s.

- Siqaret çəkməyin.

- Daha çox su için.

Saglamolun.Az