Bu il Şərq Avropada ən iri əczaçılıq kompaniyalardan biri olan Macarıstan "Gedeon Rixter" şirkəti 115 illiyini qeyd edir. Kompaniyanın məhsulları arasında kardiologiya, nevrologiya, ginekologiyada geniş istifadə olunan preparatlar var.
Bu preparatlar həm həkimlər, həm də pasiyentlər arasında böyük etibar qazanıb.
"Gedeon Rixter" şirkətinin tarixi XIX əsrdə başlayıb. 1897-ci ildə Gedeon Rixter adlı cavan macar əczaçı əczaçılıq işinin incəliklərini öyrənmək üçün Avropaya yola düşüb.
1901-ci ildə Vətənə qayıtdıqdan sonra Gedeon Rixter Budapeşt şəhərində "Şaş" (Qartal) adında aptek alıb. Bu aptek indi də işləyir. 5 il gərgin fəaliyyətdən sonra Gedeon Rixter əczaçılıq zavodunun tikilməsinə icazə alıb. Əvvəllər zavodda bioloji və bitkilər əsasında hazırlanan dərmanlar istehsal olunurdu, daha sonra zavodda sintetik dərmanların istehsalı başlanıb. Az bir müddətdən sonra bu zavod dünya əczaçılıq liderlərdən birinə çevridi. Hal hazırda Macarıstandan ixrac olunan məhsulların arasında "Gedeon Rixter" şirkətinin məhsulları birinci yer tutur.
"Gedeon Rixter" şirkətinin məhsulları 100 ölkədən artıq istifadə olunur, 45 ölkədə şirkətin nümayəndəlikləri var. Kompaniya 170 formada olan 100-ə yaxın preparat istehsal edir.
Şirkətin ən inkişaf etmiş istehsalat istiqamətlərdən biri kardioloji preparatlardır (Diroton, Ekvator, Pananqin və s.). 2006-cı ildə EKVATOR preparatı Macarıstanda "İlin dərmanı" adını qazanıb.
Şirkətin əsl fəxri beyin qan dövranını yaxşılaşdıran KAVİNTON preparatıdır. Preparat 1977-ci ildə sintez olunub. KAVİNTONun əsas təsiredici maddə Cəzayir bənövşə bitkisindən alınmış "vinposetin"dir. KAVİNTON Macarıstanda 54, xarici ölkələrdə isə 263 patent alıb.
"Gedeon Rixter" şirkətinin prioritet istiqamətlərdən biri qadın reproduktiv sağlamlığıdır. Şirkət qadın cinsiyyət sistemi xəstəliklərinin müalicəsi və profilaktikası üçün çoxsaylı preparatlar və həmçinin hamiləliyin qarşısını alan geniş preparatlar çeşidi (Requlon, Lindinet, Belara və s.) istehsal edir. "PregLem" İsveçrə kompaniyasının "Gedeon Rixter" şirkəti tərəfindən alınması nəticəsində "Gedeon Rixter"in portfelinə yeni ESMİYA adlı preparat daxil olub. Bu preparat uşaqlıq miomasının uzun müddət ərzində müalicəsi üçün nəzərdə tutulur. Preparatın istifadəsi miomanın əhəmiyyətli dərəcədə kiçilməsinə gətirib çıxardır. Esmiya cərrahi əməliyyatın alterntividir, miomanın müalicəsində əsl inqlabdır. Bu preparatın istifadəsi miomadan əziyyət çəkən xəstələrin həyatını xeyli yaxşılaşdırır.
Şirkət həmçinin sinir sistemi xəstəliklərinin, ilk növbədə şizofreniyanın, depressiyanın, həyəcanlı pozulmaların, xroniki ağrıların müalicəsi üçün yeni effektli preparatlar istehsal edir. Şirkət bu istiqamətdə 20 layihə reallaşdırır və bu layihələr çox yaxşı nəticələr verir.
Bu gün "Gedeon Rixter" şirkəti Qərb və Mərkəzi Avropada ən iri dərmanlar istehsalçısı olan multimilli əczaçılıq və biotexnoloji kompaniyadır. Şirkət müasir elmi-tədqiqat laboratoriyalar, ən müasir istehsal bazasına malikdir.
Azərbaycanda "Gedeon Rixter" şirkətinin nümayəndəsi 1997-ci ildə açılıb. Bu gün "Gedeon Rixter" şirkəti tərəfindən buraxılan dərman preparatları bütün dünyada olduğu kimi Azərbaycan həkimləri tərəfindən müxtəlif xəstəliklərinin müalicəsində tez-tez istifadə olunur.
“Gedeon Richter” Macarıstan əczaçılıq şirkətin Azərbaycandakı Nümayəndəliyi
.
Saglamolun.Az