Çinlilər 3D-printerdə insan dərisini çap edəcəklər

Çin alimləri 3D-printerdə süni dəri çap etməyi planlaşdırır. Daha sonra bu dəri yanıq və ya travma nəticəsində zərər çəkmiş insanların müalicəsində istifadə olunacaq.

China Daily xəbər verir ki, alimlərin fikrinə görə, 2-3 ildən sonra bu artıq mümkün olacaq.

Dünyada 3D-printerdə sümük, oynaq, hətta qulaq protezləri çoxdan çap olunur. Lakin, alimlərin sözlərinə görə, süni dərinin yaradılması daha çətin işdir. Dəri elastik və yumşaq olmalıdır. Bunun üçün uyğun "mürəkkəb" tapmaq asan deyil.

Hal hazırda bir neçə ölkənin alimləri süni dərinin üzərində işləyir.

Saglamolun.Az