63 yaşlı qadın uşaq dünyaya gətirib

Uzun illər ərzində hamilə qala bilməyən Avstraliyalı qadın 63 yaşında nəhayət uşaq dünyaya gətirib. Xarici KİV xəbər verir ki, onun həyat yoldaşının 78 yaşı var.

Hamiləliyin baş tutması üçün donor embrionundan istifadə olunub. Hamiləliyin 34-cü həftəsində qeysəriyyə kəsiyi əməliyyatı nəticəsində qız uşağı dünyaya gəlib.

Son zamanlar buna oxşar xəbərlərə tez-tez rast gəlinir. Bu yaxınlarda İngiltərədə 55 yaşlı qadın üçəm dünyaya gətirib, Hindistanlı bir qadın isə ilk körpəsini 70 yaşında doğub.

Saglamolun.Az