“Sağlam saat” video-rubrikasının yeni buraxılışının qonağı mammoloq-onkoloq Kəmalə Rəhimovadır.
Statistika göstərir ki, hər 5 qadından 3-də bu və ya digər süd vəzi xəstəliyi və ya pozulma var. Bunun səbəbi süd vəzilərinin çox həssas olması və orqanizmdə baş verən istənilən dəyişikliklərə reaksiya verməsidir.
Həkim süd vəzi xəstəlikləri, onların simptomları, müalicəsi və profilaktikası haqqında geniş məlumat verib:
- Süd vəzi xəstəliklərinin əsas səbəbləri və risk faktorları. Kimdə bu xəstəliklər daha tez-tez inkişaf edir
- Mastopatiya, onun simptomları və müalicə üsulları. Mastopatiyanın xərçəngə çevrilib-çevrilməməsi
- Süd vəzi kistaları, kistaların müalicəsi (aspirasiya)
- Süd vəzi xərçənginin səbəbləri, simptomları, müalicəsi və bu xəstəliyin proqnozu
- Süd vəzi xəstəliklərindən qorunmaq üçün nə etməli
- Süd vəzilərinin müayinə üsulları: USM, mammoqrafiya, özünü müayinə
Bu və digər vacib və aktual suallara dolğun cavabları aşağıdakı VİDEO-da tapa bilərsiniz.
.
Çəkiliş üçün əlaqə: 051 585 56 75, 055 473 17 37
Saglamolun.Az