Загрузка...

Sezar salatı (toyuq ilə)

Sezar salatı ilk dəfə ХХ əsrin 20-ci illərində Amerikada italyanlar tərəfindən hazırlanmağa başlayıb. Bu salatın bir neçə növü mövcuddur: suxari və toyuqla, həmçinin ançousların əlavəsi ilə...

Lazım olan məhsullar:

- Kahı - 1 dəstə (mümkün qədər soyudulmuş şəkildə)

- Toyuq filesi - 1 ədəd

- Baton (və ya tost çörəyi) - 1 ədəd

- Zeytun yağı - ½ stəkan

- Xardal - 1 qaşıq

- Limon suyu - 1 qaşıq

- Yumurta sarısı - 1 ədəd

- Parmezan pendiri - 25 qr

- 2 diş sarımsaq

- duz, istiot, zövqə görə şəkər tozu

Hazırlanması:

Yuyulmuş və qurudulmuş kahı yarpaqları əllə kiçik hissələrə parçalanır.

Toyuq kiçik parçalar şəklində doğranır və duz-istiot əlavə edilərək bir neçə dəqiqə qaynar günəbaxan yağında qızardılır.

Zeytun yağı yumurta sarısı, limon suyu, doğranmış sarımsaq və sürtgəcdən keçirilmiş parmezan pendiri ilə qarışdırılır. Duz, istiot və zövqə görə biraz şəkər tozu əlavə etmək olar.

Baton çörək kubiklər şəklində doğranır və doğranmış sarımsaqla qızardılır (və ya hazır qızarmış kubiklərə sarımsaq sürtülür).

Kahı yarpaqlarının üzərinə qızardılmış toyuq parçaları qoyulur, üzərinə hazırlanmış sous tökülür və ən son sürtgəcdən keçirilmiş parmezan pendiri səpilir.

Nuş olsun!


Saglamolun.Az

.
Загрузка...
.

.

HƏKİMLƏR

Sevinc Musayeva

Sevinc Musayeva

USM

Həkim-radioloq (USM) İş stajı - 7 il

Ətraflı...
Əli Əlizadə

Əli Əlizadə

Osteopatiya

Osteopat, revmatoloq İş stajı - 26 il

Ətraflı...
Nərgiz Nəzirova

Nərgiz Nəzirova

Dietologiya

Həkim-dietoloq Əmək stajı - 5 il

Ətraflı...

SON YAZILAR

5 ən sadə pəhriz

22-07-2018 /166

Яндекс.Метрика