Kəsmikli desert

Asan başa gələn və olduqca ləzzətli olan bu şirniyyatın hazırlanması çox az vaxt aparır.

Tərkibində manna yarması və nişasta olmayan bu desert dadlı səhər yeməyi kimi də yeyilə bilər.

Lazım olan məhsullar:

- Kəsmik - 1 paket (250 qr)

- Yumurta - 1 ədəd + 1 yumurta ağı

- Şəkər tozu - 2 yemək qaşığı

Meyvələr - 1 armud və 1 banan (meyvələri zövqə görə fərqli şəkildə əlavə etmək olar)

Hazırlanması:

Yumurta ilə kəsmik çırpıcı vasitəsilə qarışdırılır, şəkər tozu və kub şəklində doğranmış meyvələr əlavə edilir. 3 dəqiqə ərzində mikrodalğalı sobada (750 Vatt) bişirilir. Sobanız daha güclüdürsə, bişirmə vaxtını azaldın.

Bişirmək üçün kənarları yüksək olan formaları seçin, çünki bişmə zamanı sufle qalxır. Yuxarı qat qalınlaşdıqda desert hazırdır deməkdir.

Nuş olsun!

Saglamolun.Az