Albalı ən faydalı meyvələrdən biridir. Albalını qışa saxlamaq üçün müxtəlif reseptlər mövcuddur.
Təqdim etdiyimiz resept ən sınanmış və etibarlı reseptlərdən biridir. Albalı yaxşı saxlanılır, faydalı maddələr itmir. Albalı kompotlarda, kisellərdə, müxtəlif şirniyyatlarda istifadə oluna bilər.
Lazım olan məhsullar:
1 kq albalı üçün 1 stəkan şəkər tozu götürülür.
Hazırlanması:
1. Meyvələri yuyun və aşsüzənə yığın. Su süzüləndən sonra çəyirdəkləri çıxardın.
3. Meyvəni ləyənə tökün, üzərinə şəkər tozu tökün və 8-12 saat ərzində saxlayın.
4. Ləyəni vam odun üzərinə qoyun və qaynara düşənə kimi qızdırın.
5. 1/2 l-lik bankaları sterilizasiya edin. Bankaları sterilizasiya etmək üçün onları yaxşı yuyun (soda ilə yumaq olar), soyuq sobaya qoyun və sobanı 100 C kimi qızdırın.
6. Daha sonra meyvəni sterilizasiya olunmuş bankalara yığın, albalıdan çıxan şirəni üzərinə tökün, qapaqlarla kip bağlayın.
7. Bankaları qapağı aşağı olamaqla dəsmalın üzərinə qoyun və soyana kimi ədyalla örtün.
Nuş olsun!
Saglamolun.Az