Brokkoli kələmi bizim qidalanmamıza təzə-təzə daxil olur. Bu çox faydalı tərəvəzdir. Brokkoli bir çox vitaminlər və minerallarla zəngindir.
Brokkolinin tərkibində fol turşusu və U kimi nadir vitaminlər var. U vitamini mədə-bağırsaq sistemində olan eroziya və xoraların sağalmasını tezləşdirir. Fol turşusu hamilə qadınlar, uşaqlar və qan azlığından əziyyət çəkənlər üçün olduqca vacibdir.
C vitaminin miqdarına görə brokkoli tərəvəzlər və hətta meyvələr arasında birinci yerlərdədir.
Brokkolinə həmçinin beta-karotin var. Bu maddə orqanizmdə A vitamininə çevrilir.
Brokkolinin tərkibində orqanizm üçün vacib olan, demək olar, bütün minerallar var - dəmir, kalsium, maqnezium, mis, sink, fosfor, kalium, selen və s.
Brokkoli qidalı liflərlə zəngindir ki, bu xüsusiyyət tərəvəzi bizim mədə-bağırsaq sistemimiz üçün əvəzsiz edir.
Zəngin kimyəvi tərkibinə malik olan brokkoli həmçinin azkalorili məhsuldur.
Sizə tez hazırlanan və çox dadlı Brokkoli pendirlə təqdim edirik
Lazım olan məhsullar:
- Brokkoli (təzə) - 600-700 qr
- Pendir (məsələn, holland pendir və s.) - 150 qr
- Yumurta - 2 ədəd
- Xama - 200 qr (10-15% yağlılığı olan)
- Sarımsaq - 2-3 diş
- Duz, istiot (zövqə görə)
Hazırlanması:
1. Brokkoli kələmi təmizlənir, yuyulur, 5-7 dəqiqə ərzində duzlu suda bişirilir.
2. Yumurta yaxşı çalınır, xama, duz, istiot əlavə olunur, sarımsaq sıxılır və yenə yaxşı qarışdırılır.
3. Pendir sürtgəcdən keçirilir.
4. Tavaya kərə yağı çəkilir, tən yarı bölünmüş brokkoli düzülür, üzərinə xamalı-yumurtalı qarışıq tökülür.
5. Daha sonra brokkolinin üzərinə sürtgəcdən keçirilmiş pendir tökülür.
6. Brokkolini əvvəlcədən 180-200 C kimi qızdırılmış sobada 15-20 dəqiqə ərzində qızıl rəng alınana kimi bişirin.
Nuş olsun!
Saglamolun.Az