Çərəzli konfetlər

Soyuq fəsillərdə insan vitamin çatışmazlığından əziyyət çəkir. Quru meyvələr insan orqanizmini bir çox lazım olan vitamin və mikroelementlərlə təmin edə bilər.

Ev şəraitində çox dadlı və (ən əsası!) faydalı konfetləri hazırlamaq olar.

Lazım olan məhsullar:

- ərik qurusu - 100 qr,

- xurma - 100 qr,

- qara qavalı - 100 qr,

- kişmiş - 100 qr,

- qoz - 50 qr,

- araxis (badam, fındıq, keşyu da istifadə etmək olar) - 50 qr

- bal (qatı) - 3 xörək qaşığı,

- küncüt - 50 qr.

Hazırlanması:

1. Əgər meyvə quruları çox bərkdirsə, onları bir neçə dəqiqə ərzində qaynar suda saxlayın. Meyvə quruları yumşaqdırsa - bu lazım deyil. Daha sonra meyvə quruları hissələrə bölün və blenderdə xırdalayın.

2. Qoz və araxısi həvəngdəstədə əzin və meyvə qurularına əlavə edin.

3. Daha sonra bal əlavə edin, yaxşı qarışdırın və kütlədən qoz boyda kürəcikləri düzəldin.

4. Küncütü boşqaba tökün və ora bir-bir konfetləri salın.

Nuş olsun!

33recepta.ru

Saglamolun.Az