Kivi mürəbbəsi - qeyri-adi dad

Kivi qeyri-adi dada və xarici görünüşə malik olan meyvədir. Kividən çox dadlı mürəbbə hazırlamaq olar.

Qonaqlarınızı heyrətləndirmək istəyirsinizsə, çay süfrənizi bu mürəbbə ilə bəzəyin.

İnqrediyentlər:

- Kivi - 1,5 kq

- limon şirəsi - 1 xörək qaşığı

- şəkər tozu - 1 kq

Hazırlanması:

1. Meyvələri yaxşı yuyun və qabıqlarını soyun.

2. Kiçik dilimlərə doğrayın və divarları qalın olan qazana qoyub üzərinə limon şirəsini tökün.

3. Mürəbbəni vam odda vaxtaşırı olaraq qarışdıra-qarışdıra bişirin.

4. Meyvə tam yumşaldıqdan sonra, şəkər əlavə edin, yaxşı qarışdırın və orta odda 15-20 dəqiqə ərzində bişirin.

Nuş olsun!

Saglamolun.Az