Hər gün içdiyimiz limonlu çay bu təhlükəli xəstəliyin riskini azaldır

ABŞ-da alimlərin apardığı araşdırmalar nəticəsində, limonlu çayın xərçəng riskini minimuma endirdiyi və ömrü uzatdığı müşahidə edilib.

Tədqiqatçılar ilkin mərhələdə, qədim misirlilərin limonun zəhərlərə qarşı təsirli olduğu iddalarına əsaslanaraq, onu sınaqdan keçirməyə başlayıblar.

Araşdırmalardan sonra, limonun güclü antibakterial, antiviral və immun sistemini stimullaşdırıcı xüsusiyyətlərə malik olduğu qənaətinə gəlinib.

Limonun faydalarına qaraciyərin təmizlənməsi də daxildir. Bundan əlavə limon maddələr mübadiləsini gücləndirir, infeksiyalara qarşı mübarizə aparır və ömrü uzadır.

Limonlu çay isə orqanizmin bu meyvədən antioksidanların 80%-ni almağa kömək edir.

Saglamolun.Az