Damarları cavan saxlayan 3 MƏHSUL - FOTO

Amerika alimləri araşdırmalar zamanı aşkar ediblər ki, Amerikanın yerli sakinləri olan hindu-çimane ABŞ-ın sakiləri ilə müqayisədə 5 dəfə az hallarda aterosklerozdan və nəticədə ürək-damar sistemi xəstəliklərindən əziyyət çəkir.

Araşdırma göstərib ki, 80-yaşlı hindu-çimanenin damarları 55 yaşlı amerikalının damarları ilə eyni vəziyyətdədir.

Live Science xəbər verir ki, araşdırmada 40 yaşdan yuxarı olan 700-dən artıq hindu iştirak edib. Onların 85%-də ürək-damar sistemi xəstəliklərinin riski minimum səviyyədə olub. Amerikalıların arasında bu göstərici 14% təşkil edir.

Hətta 75 yaşdan yuxarı olan hinduların 65%-də ürək-damar sistemi xəstəliklərinin riski aşağı qiymətləndirilib.

Alimlərin fikrinə görə, bu valehedici göstəricilərin səbəbi hinduların qidalanması və həyat tərzindədir.

Belə ki, hinduların qidalanmasında əsas yer lifli meyvə-tərəvəz tutur - xüsusilə banan, qarğıdalı və manioka (Amerikada bitən tərəvəz).

Bundan əlavə hindular çox aktivdir və günün yalnız 10%-ni oturaq vəziyyətdə keçirir.

Saglamolun.Az