109. əl-Kafirun surəsi

əl-Kafirun (Kafirlər) surəsi

(Məkkədə nazil olmuşdur, 6 ayədir)

Mərhəmətli, rəhmli Allahın adı ilə!
1 - (Ya Peyğəmbər! Sənə - bir il bizim bütlərimizə ibadət et, bir il də biz sənin Rəbbinə ibadət edək – deyən müşriklərə) de: “Ey kafirlər!
2 - Mən sizin ibadət etdiklərinizə (bütlərə) ibadət etmərəm!
3 - Siz də mənim ibadət etdiyimə (Allaha) ibadət etməzsiniz!
4 - Mən sizin ibadət etdiklərinizə ibadət edən deyiləm!
5 - Siz də mənim ibadət etdiyimə ibadət edən deyilsiniz!
6 - Sizin öz dininiz var, mənim də öz dinim! (Elə isə sizin dininiz sizə, mənim dinim də mənə)!”


Saglamolun.Az

.....

.
.

SON YAZILAR

Яндекс.Метрика