Bunu ancaq qeysəriyyə əməliyyatı etdirən analar bilir!

Ana olmaq böyük xoşbəxtlikdir, amma eyni zamanda ağır zəhmətdir.

Ananın vəzifələrinə bir sıra öhdəlikləri düşür ki, onları yerinə yetirmək üçün həqiqətən böyük qüvvə və səbir tələb olunur.

Onlarıdan biri də qeysər kəsiyi əməliyyatıdır.

Qeysəriyyə əməliyyatının izlərini bədənində qürurla gəzdirən qadınlar haqqında bilinməyən həqiqətlər:

1. Onlar övladlarının sağlam dünyaya gəlməsi üçün cəsarətlə cərrah müdaxiləsinə razı olur!

Bəziləri düşünürlər ki, qeysər kəsiyi adi tibbi proseduradır. Əslində isə bu, həm ananın, həm də uşağın həyatı üçün riskli və ciddi əməliyyatdır. Bundan əlavə, gələcək ata və ya digər ailə üzvləri doğum zamanı iştirak edə bilməz (bir çox ölkələrdə normal doğuşda atanın içəri daxil olmasına icazə verilir). Beləliklə, ana mənəvi dəstək almadan, qeyri-müəyyənlik içində əməliyyat otağına tək daxil olur. Lakin dünyaya gələcək olan övladına qarşı qeyd-şərtsiz və qarşısıalınmaz sevgi qadına qorxu ilə mübarizə aparmağa və qalib gəlməyə kömək edir.

2. Onlar əməliyyat otağını tərk etməyənə qədər vəziyyətin yaxşı olub-olmaması barədə xəbərsizdir!

Uşağın dünyaya gəlməsi ilə risk bitmir. Digər əməliyyatlar kimi həkimlər xəstə ayılmayana qədər (anesteziyanın təsiri keçənə qədər) əməliyyatın nə qədər uğurlu keçdiyini bilmir. Bundan əlavə, bir çoxlarının bilmədiyi məqamlar da var. Qeysər kəsiyi zamanı gələcək ananın şüuru özündə olur və ağrı hiss etmir, lakin bu müddət ərzində baş verən bütün hərəkətləri hiss edir. Bütün hallarda anaların keçirdiyi narahatlıqlar sonda onu gözləyən qiymətsiz mükafatla müqayisə oluna bilməz.

3. Onlar sağalma mərhələsini həqiqətən qəhrəmancasına keçir!

Uşaq doğulan zaman dünya ananın ətrafında dönür və o, istənilən vəziyyətdə körpəsinin ehtiyac və tələblərini qarşılamağa çalışır. Bunun üçün səy və böyük səbir lazımdır. Və bütün bunları əməliyyat ağrısı tamamilə keçməmiş etdiklərini təsəvvürünüzə gətirin... Bəli, ağrı və narahatlıq əməliyyatdan sonra bərpa prosesinin tərkib hissəsidir.
Baş verənlərin fonunda və yuxusuz gecələrin əvəzində analar uşağının üzündə təbəssüm görmək, onun nəfəsini hiss etmək, balaca barmaqlarına toxunmaq, ən əsası isə yeni doğulmuş körpəsinin gözəl qoxusu ilə yatmaq və oyanmaq imkanı qazanır. Və bütün bunlar ananı dünyanın ən xoşbəxt insanı edir.

Publika.az

 

.


Saglamolun.Az

..........

Загрузка...
.


Загрузка...

Яндекс.Метрика