Sağlamlıq, gözəllik və yaxşı əhval yuxudan asılıdır...

Əziz xanımlar, bildiyimiz kimi rahat yuxu - sağlamlığın təminatıdır

Məhz bu üzdən insanın sağlam olması və gözəlliyini qoruyub saxlaması üçün yaxşı yatmaq lazımdır. Bu əsasən səhərlər ayna qabağına keçən və gözaltı kölgə və şişlərlə rastlaşan  xanımlara aid edilir. Başlıca səbəblərdən biri yuxu çatışmamazlığıdır. Hər birimizin öz istək və adətlərimiz var. Kimimiz yuxudan öncə kitab oxuyaraq, sevdiyimiz musiqiyə qulaq asaraq, kimiləri corabda yataraq, kimimiz yatmaq üçün gözə taxılan sarğıya ehtiyac duyaraq və s. kimi ehtiyaclara bağlıyıq. Amma bu ehtiyaclar köməyə çatmadıqda nə etməliyik?

Düşünürük ki, hər birimiz həyatında ne vaxtsa yuxusuzluq problemi ilə rastlaşıb. Çətin, stressli  iş günündən sonra , evə gəldikdə ev işlərini gördükdən sonra nəhayət rahatlanıb yatmaq istəyirik. Bunun  sabahki günə  təsir etməsini nəzərə alaraq rahat yuxunun bizə nə qədər vacib olduğunu anlayırırq. Buna görə tədbir görmək lazımdır:

Gəlin adi və rahat olan məsləhətlərə müraciət edək:

-  Fəsildən asılı olmayaraq, hər gün axşam özünüz üçün gəzintiyə 15-20 dəqiqə vaxta  ayırmağa çalışın. Axşamı televizor qarşısında keçirtməyin. Havanın sizə xoş təsir göstərəcəyini hiss edəcəksiniz.

- Rahat və dərin yuxu üçün içinə müxtəlif sakitləşdirici otlar ( çobanyastığı, nanə və s.)  və ya bir neçə damcı lavanda yağı əlavə olunmuş ilıq (37 C) vanna qəbul etməyə çalışın. Ümumi duş qəbulu və bədəni sərt dəsmalla silmək  axşam üçün  məsləhət görülmür. Bunu səhər etsəniz daha yaxşı olar.

-  Əgər evdə istilik şəraitiniz  imkan verirsə 15 dəqiqə ayaqyalın gəzmək sonra isə 5 dəqiqəlik ayaqlarınız yuxarı vəziyyətdə uzanmaq məsləhətdir.

- Şərq təbabəti  məsləhət görür ki, axşam vannasından sonra E vitaminli yağ qatışıqları ilə ayaqlarınızın altını massaj edin.  Bu sakitləşdirici təsir göstərir.

-  2 dəqiqəlik  saçları daramaq baş dərisinin qan dövranını yaxşılaşdıraraq , gün ərzində əldə etdiyiniz stress və yorğunluğu aradan qaldırır. Bunun üçün taxta daraqlara üstünlük verin.

- Bəzən ac və ya əksinə tox qarnına yuxuya getmək çox çətin olur. Buna  görə çalışın yatmazdan 2-3 saat əvvəl yemək yeyin.  Çay və qəhvəyə gəldikdə isə tünd çay və ya qəhvə heç məsləhət görülmür.  Bunun əvəzinə 1 fincan bal qatılmış isti süd, ot və ya zəif yaşıl çay aclığınızı sakitləşdirərək,rahatlayıcı  effekt göstərə bilir.

- Çarpayınızın və ya yastığınızın yanına balaca quru otlardan torba (nanə, lavanda, melissa, qızıl gül  və s. kimi) qoyduqda yuxunuz daha rahat və xoş olar. Həmçinin yataq otağında olan tempertur da çox önəmlidir.  18-20 C dən yuxarı olmaması ilə bərabər aşağı da olmamalıdır. Çunki soyuq havada yuxu narahat olur.

-  Otağın havası daim dəyişəndə təbii olaraq insan daha rahat yatır. Təmiz hava sakitləşdirici təsir göstərir. Əgər hava şəraiti buna imkan vermirsə, yatmazdan əvvəl 10 dəqiqəlik otağın havasını dəyişməyi unutmayın.  Çalışın düz yataqda yatın. Yumuşaq yastıq və matraslardan imtina edin. Çunki onlar qaməti pozaraq, rahatlanmağa imkan vermir.

- Yatdığınız paltar rahat , boş və təbii materialdan olmalıdır. Dar pejamalara üstünlik verməyin. Hətta psixoloqların dediyinə görə yataq dəstinin rəngi də yuxuya təsir edir. Göy- mavi  və bej-qızılı rəng çalarlarında yuxu daha rahat olur. Elə yataq otağını da bu rəng  çalarlarında etmənizi məsləhət görürlər. İşığa qaldıqda isə tam qaranlıqda yata bilmirsinizsə, o zaman yan işıqlardan istifadə edin. Çarpayının yanında olan zəif işıqlı çıraq rahat və yumuşaq atmosfer yaradacaq.

Unutmayın düzgün yuxu  yaxşı əhval -ruhiyyə, cavan və gözəl qalmanızın və ən əsası sağlam olmanızın  təminatıdır.

Saglamolun.Az




loading...

Не дай себе ослепнуть! Полезные советы от офтальмолога

HƏKİMLƏR

Şəhla İbrahimova

Şəhla İbrahimova

Oftalmologiya

Oftalmoloq - cərrah İş stajı - 10 il

Ətraflı...
Həmidə Səlimzadə

Həmidə Səlimzadə

Allerqologiya

Həkim-allerqoloq İş stajı - 8 il

Ətraflı...
Rauf Rzayev

Rauf Rzayev

Andrologiya

Uroloq-androloq İş stajı - 22 il

Ətraflı...

 


Яндекс.Метрика