Pəhriz və depressiya arasında əlaqə tədqiq edilib

YENİ ARAŞDIRMA

Avstraliyalı alimlər pəhriz və depressiya arasında əlaqəni araşdırıb. İnsanın istədiyi kimi yox, faydalı qidalaması onun əhvalına necə təsir edir?
Depressiyaya daha çox qadınlar meyllidir deyə, Avstraliyanın Queensland ştatının tədqiqatçıları 18 minə yaxın xanımın məlumatlarını araşdırıb. 10 ildən çox müddəti olan araşdırmanın nəticələri “Journal of Affective Disorders” nəşrində dərc edilib.
Araşdırmanın nəticələri göstərir ki, pəhriz növü depressiv simptomlarla əhəmiyyətli dərəcədə əlaqəli olmasa da, qəbul edilən ərzaqların keyfiyyəti, yəni onların təzə və ya emal edilmiş olmağı əhvala təsir edir.
Pəhriz və depressiya arasındakı əlaqəni qiymətləndirmək üçün iyerarxik və moderativ reqressiya modellərindən istifadə edilib. İştirakçıların alkoqol istehlakı, siqaret çəkmə, bədən kütləsi indeksi (çəki), ailə vəziyyəti nəzərə alınıb.
Nəticə olaraq Queensland ştatının tədqiqatçıları bildirib ki, pəhriz növündən asılı olmayaraq, istehlak edilən qidaların təravətidir. İstənilən pəhriz növündə seçilən ərzaqların keyfiyyətinə diqqət yetirmək daha vacibdir, deyə alimləör vurğulayır.

Saglamolun.Az