Qadınların cinsi hormonları yaşlandıqca demensiya və altzqeymer kimi xəstəliklərə səbəb olur. Menopoz, yəni aylıq aybaşı tsiklinin dayanması idrak problemləri riskinin artması ilə əlaqələndirilir.
Sağlamolun.az bildirir ki, bu nəticələri göstərən araşdırma haqqında məqalə The Menopause Society jurnalında dərc olunub.
Hər il təxminən 4,6 milyon yeni insana demensiya diaqnozu qoyulur, yəni dünyada hər 7 saniyədə bir kimsə idrakını, düşüncəsini və yaddaşını itirir.
Bu o deməkdir ki, bu xəstəlikdən əziyyət çəkənlərin sayı 2040-cı ilə qədər 81,1 milyona çatacaq.
Yaxşı xəbər isə budur ki, tibb mütəxəssisləri demensiyanın ən çox yayılmış forması olan Alzheimer xəstəliyi hallarının 40%-nin qarşısını almaq və ya ən azı gecikdirmək olar, deyə açıqlama verib.
Son tədqiqatlarda xanımların bioloji yaşlanmasında estradiolun, yəni normal hormon səviyyəsi olan qadınlarda rast gəlinən əsas cinsi hormonunun əhəmiyyətinə diqqət yetirilib. Menopoza keçid estrogen səviyyəsinin azalması ilə xarakterizə olunduğundan, postmenopozal qadınlarda demans riski artır, deyə məqalədə bildirilir.
Saglamolun.Az