Yaxşı yuxu hamın arzusudur. Daha sağlam və enerjili olmaq üçün yaxşı yatmaq mütləqdir.
Sağlamolun.az yuxunu yaxşılaşdıracaq bitki çaylarını təqdim edir:
- Ana otu:
Tərkibində iridoidlər, flavonoid acı qlikozidlər var. Sakitləşdirici və antispazmodik təsir göstərir, əhval-ruhiyyəni yaxşılaşdırır. Qan təzyiqini aşağı salmağa kömək edir. 1 stəkan qaynar suya 1 xörək qaşığı anaotu əlavə edib və yatmazdan əvvəl ilıq çaydan için.
- Melissa
Tərkibində sitral və geraniol var. Sakitləşdirici, spazmolitik, ağrıkəsici təsir göstərir. 1 stəkan qaynar suya 1 xörək qaşığı melisa əlavə edin.
- Çobanyastığı:
Tərkibində flavonoidlər və xamazulen və izovalerik turşusu olan efir yağı var. Sinir sistemini sakitləşdirir.
- Balqabaq:
Gecələr bal ilə qarışdırılmış bir stəkan balqabaq suyu için.
- Nanə:
2 çay qaşığı xırdalanmış nanə yarpağının üzərinə 2 stəkan qaynar su tökülür və 20 dəqiqə gözləyin. Adi çaya bir neçə nanə yarpağı da əlavə edə bilərsiniz.
- Lavanda:
Yatmazdan əvvəl bir parça şəkərin üzərinə 3-5 damcı lavanda yağı töküb ağzınızda saxlayın.
Saglamolun.Az