Bu bitki böyrək mənşəli sidik daşlarını yumşaldaraq parçalayır - DİQQƏT

Lap qədim zamanlardan Yunanıstan, Roma, Misir və İranın sənətkar və ustaları boyaqotu kökünü yüksək qiymətləndirir.  Bu bitki təbabətdə də geniş şəkildə istifadə edilir.

Saglamolun.az boyaqotunun sağlamlıq faydalarını təqdim edir:

- Boyaqotunun köklərindən əldə edilən ekstrat, toz və digər halen preparatları, böyrək, fosfat və oksalat mənşəli sidik daşlarını yumşaldaraq parçalayır.

- Bitkinin halen preparatları spazmolitik və sidikqovucu təsir göstərir.

- Həmin preparatlar böyrək ləyənləri və sidik axarlarının tonusunu azaldaraq əzələlərin peristaltik yığılmalarını gücləndirir. Bununla da böyrək daşlarının sidikçıxarıcı yollarda hərəkətini təmin edir.

- Elmi təbabətdə boyaqotunun kök və kökümsovlarından əldə edilən quru ekstrat spazmolitik, dieretik və litolotik kimi istifadə edilir.

- Homeopatiyada isə o, anemiya, amenoreya, dalaq xəstəliklərində tətbiq olunur.

- Tibet təbabətində boyaqotu angina, difteriya, hind təbabətində amenoreya, anuriya, türkmən təbabətində yaddaş pozğunluğunda, Koreya təbabətində isə ürəyin qapaq çatışmazlığında geniş istifadə edilir.

- Boyaqotu dəri xərçəngi zamanı istifadə olunmaq üçün də faydalı vasitədir.

 

Saglamolun.Az