Ev şəraitində öskürəkdən xilas olmağın yolu - asan RESEPT

Öskürəyi evdə xalq təbabəti ilə müalicə etmək olur. Əgər şiddətli öskürək sizi narahat edirsə və həkimə gedə bilmirsinizsə bu resept tam sizin üçündür.

Sağlamolun.az ağciyər xəstəliklərinin xalq təbabəti ilə müalicəsini təqdim edir:

Lazım olan ərzaqlar:

1/2 kq. Qırmızı soğan
300 q şəkər
2 limon
1 l. su
7 xörək qaşığı təbii bal

Hazırlanma qaydası:

- Şəkəri metal qabda orta temperaturda qızdırın, qarışdırmağı unutmayın.
- Soğanı xırda-xırda doğrayın, şəkərə əlavə edin, bir az qızardın və su əlavə edin.
- Bu qarışığı suyun üçdə biri buxarlanana qədər qaynadın.
- Qarışığı soyumağa buraxın.
- Limondan sıxılmış suyu və balı əlavə edib, qarışdırın.
- Qarışığı bir gecə saxlayın.
- Bundan sonra mayeni ələkdən süzüb şüşə butulkaya tökün.

Bu qarışımı tam sağalana qədər hər yeməkdən əvvəl 1 xörək qaşığı istehlak etməlisiniz.

Əgər öskürəyiniz daha şiddətlidirsə, hər saatdan bir qəbul edə bilərsiniz.

Saglamolun.Az