Qidalanma göz sağlamlığını qorumaq üçün ən vacib addımlardan biridir. İndol-3-karbinol, omeqa-3 yağ turşuları, A və E vitaminləri ilə zəngin olan qidalarla gözlərinizi sağlamlığının qayğısına qala bilərsiniz. Vitamin C bədənə yaşa bağlı degenerasiya, katarakta və ümumiyyətlə görmə itkisi ilə mübarizə aparmağa kömək edir.
Tərkibində vitamin C olan çiyələk gözlər üçün çox faydalıdır. Portağal həm beta-karoten antioksidant, həm də C vitamini ehtiva etdiyi üçün o da gözlər üçün xeyirli qidalar sırasındadır. Süddə həm A vitamini, həm də sink var. Araşdırmalar nəticəsində, tərkibində probiyotik olan qatığın allergik konyunktivitdən tutmuş quru gözlərə qədər bir çox göz xəstəliklərinə yaxşı təsir etdiyi müəyyən olunub. Badam və digər oxşar çərəzlərin qozun-fındığın tərkibində yüksək miqdarda E vitamini var. E vitamini gözlər üçün çox faydalı birləşmədir.
Lutein, zeaksantin, sink və A vitamini ilə zəngin olan yumurtanın 2019-cu ildə aparılan araşdırma ilə yaşla bağlı degenerasiya riskini əhəmiyyətli dərəcədə azaltdığı məlum olub. Tərkibində yüksək miqdarda lutein olan ispanaq da göz sağlamlığı üçün çox vacib qidadır. Midya ölkəmizdə çox istehlak edilməsə də, istiridyə omeqa-3 yağ turşuları və sink baxımından çox yüksək bir qidadır. Zamanla gözdəki degenerasiyaya qarşı mübarizə aparan qidadır. Kivinin tərkibində gözlərə işığı süzməyə imkan verən zeaksantin var. Kök göz sağlamlığı üçün faydalı qidadır. Tərkibində yüksək miqdarda A vitamini və beta-karoten antioksidantları var. A vitamini miyopiyadan və gecə aydın görmədən qoruyur.Somon yüksək omeqa-3 tərkibinə görə göz quruluğunu azaldır.
Amerika Optometrik Dərnəyinin apardığı araşdırmada brokolinin tərkibindəki indol-3-karbinol birləşməsinin tor qişadan toksinlərin çıxarılmasına kömək etdiyi ortaya çıxıb.
Boranı tumları isə göz görməsi üçün ən yaxşı qidalardan biridir. Tərkibində yüksək miqdarda E vitamini var. Degenerasiya ilə mübarizə apararkən, günəşin ultrabənövşəyi şüalarından da qoruyur.
Saglamolun.Az