Bu məhsulları soyuducuda saxlamaq OLMAZ

Bir çox insanlar məhsulların əksəriyyətini soyuducuda saxlayır. Onların fikrinə görə, soyuducuda məhsullar daha təzə qalır və gec xarab olur. Lakin bu belə deyil.

Saglamolun.az xarici KİV-lərə istinadla bildirir ki, mütəxəssislərin fikrinə görə bəzi məhsulların soyuducuda saxlanılması əksinə onların yararlıq müddətini və keyfiyyətini azaldır, dadını pisləşdirir. Bu məhsullar arasında:

- çörək

- qəhvə

- şokolad

- baban

- bitki yağı

- bal

- soğan və sarımsaq

- alma

- kivi

- xiyar, pomidor

- sitrus meyvələri (portağal, mandarin, limon)

- balqabaq

- ədviyyatlar

Saglamolun.Az