İtaliyada koronavirusdan ölənlərin sayı 1809 nəfərdir. Bir çox insanlarda bu fakt təəccüb doğurur. Nə üçün məhz İtaliya?
Saglamolun.az Rusiya KİV-lərinə istinadla bildirir ki, Rusiyanın tanınmış tele-həkimi Elena Malışeva bu suala belə cavab verib:
“Bunun 3 səbəbi var. İlk növbədə İtaliya Avropada turistlərin ən çox ziyarət etdiyi ölkələrdən biridir. Koronavirus epidemiyası başlayanda İtaliya hələ çoxlu sayda turistləri və o cümlədən Çindən gələnləri qəbul edirdi. İtaliya yalnız koronavirusdan 1 ölüm qeydə alındıqdan sonra sərhədlərini bağladı. Lakin artıq gec idi.
Digər səbəb ondan ibarətdir ki, İtaliyanın sakinlərinin 30%-i yaşlı insanlardır. Bu Avropanın ən “qoca” millətidir. Bildiyimiz kimi, koronavirus məhz yaşlı insanlar arasında ən çox ağırlaşma və ölümlərə səbəb olur.
Nə sonuncu səbəb. İtaliyanlarda qohum, tanış və hətta az tanıdığı insanlarla görüşdükdə qucaqlaşmaq və öpüşmək adəti var. Bu adət də infeksiyanın daha çox yayılmasına səbəb olub”.
Saglamolun.Az