Korvalol ürək ağrısı zamanı kömək edirmi? Kardioloq cavablandırır

El arasında daha çox “ürək damcıları” kimi tanınan köhnə sovet dərmanı korvalol indi də öz populyarlığını itirməyib və xüsusilə yaşlı insanlar tərəfindən tez-tez istifadə olunur.

Bəs korvalol həqiqətən ürək problemləri zamanı kömək edirmi?

Saglamolun.az Rusiya KİV-lərinə istinadla bildirir ki, rusiyalı həkim-kardioloq Vitaliy Zafirakinin sözlərinə görə, korvalol “ürək dərmanı” sayıla bilməz. Həkim preparatın tərkibinə fikir verməyi tövsiyə edib. Korvalolun tərkibində yuxugətirici fenobarbital, pişikotu, nanə yağı daxildir. Belə tərkibi olan dərman sakitləşdirici sayıla bilər, lakin ürək problemləri zamanı hər hansı terapevtik effekt verə bilməz.  

Həkim qeyd edib ki, korvalol beyini “kütləşdirərək” onun stresə qarşı həssaslığını cüzi azaldır. Bu səbəbdən korvalol yalnız stres vəziyyətlərdə digər sakitləşdirici olmadığı halda istifadə oluna bilər.

Həmçinin həkim qeyd edib ki, bu preparatdan sui-istifadə etmək olmaz. Onun tərkibində olan fenobarbital toksiki təsirə malikdir və alışqanlıq yaradır.   

Saglamolun.Az

Youtube kanalımıza abunə olun ki, faydalı videolardan xəbəriniz olsun

loading...