Öskürəkdən qurtula bilmirsiniz? - Onda bunları edin

Qışın ən məşhur və tez-tez rast gəlinən xəstəliyi qripdir. Qrip vaxtı yaranan öskürəksə, aylarla keçmir.

Axşam.az-a xəbər verir ki, hər hansı bir dərmandan istifadə etmək belə öskürəyin qarşısını tamamilə almır. Bəzən buna ev şəraitində hazırlaya biləcəyiniz məlhəmlər kömək ola bilər. Bunun üçün aşağıdakılardan istifadə edə bilərsiniz:

- Gülxətmi kökünü qaynadıb, 40 dəqiqə saxlayın. Gün ərzində 3 dəfə 1/3 stəkan için.

- 1 litr isti suya 1 limonun şirəsini, 2 xörək qaşığı bal və bir az nanə əlavə edib, ağzını bağlayın. Yarım saat saxladıqdan sonra onu için.

- Qış vaxtı insanların 90 %-i soyuqdəymədən və qripdən əziyyət çəkir. Bunun üçün qış aylarında zəncəfilə üstünlək vermək lazımdır. Bu bitkinin tünd-şirin və yandırıcı dadı olan kökündən hazırlanan toz virusları öldürür. Bədəndəki soyuqdəyməni tam çıxarır. Eyni zamanda onu suya limonla birlikdə qatıb içmək öskürəyin qarşısını alır.

Saglamolun.Az