Çörək təhlükəli məhsuldur, yeməyin! Alimlərin rəyi

Harvard Universiteti  (ABŞ) alimləri belə nəticəyə gəliblər ki, adi hər gün yediyimiz çörək insan sağlamlığına çox ciddi ziyan vura bilər.

Bunun səbəbi çörəyə əlavə olunan propionat maddəsidir. Bu maddə çörəkdə kifin əmələ gəlməsinin qarşısını alır.

Saglamolun.az Rossiyskaya qazeta-ya istinadla xəbər verir ki, propionat maddəsi hormonal səviyyəsində orqanizmə təsir edərək piylənmə və şəkərli diabetin riskini xeyli artırır.

Alimlər siçovullar üzərində sınaqlar aparıblar. Məlum olub ki, propionat qlükozanın ifrazını artıraraq şəkərli diabetin riskini artırır.

Bir qrup könüllülər üzərində aparılmış təcrübə göstərib ki, tərkibində propionat olan çörək yeyənlərdə metabolik pozulmalara səbəb olan hormonların səviyyəsi çox yüksək qalxır və bu hormonların səviyyəsi hələ yeməkdən bir neçə saat sonra da yüksək səviyyədə qalır.   

Təbii ki, burada söhbət dükanlarda satılan çörəkdən gedir. Ev şəraitində tamdənli undan hazırlanmış çörək sağlamlıq üçün nəinki ziyansızdır, həmçinin çox faydalıdır.

Saglamolun.Az




 

 

 

Postinor (Hamiləlik əleyhinə)

 


Яндекс.Метрика