Payız fəsli gəldiyinə görə, xanımların daim istifadə etdiyi kalqotların aktuallığı artır.
Hansı kalqotları almaq, hansılardan isə imtina etmək lazım olduğunu öyrənmək istəyən Product-test saytı, ən keyfiyyətli, davamlı və rahat kalqotları müəyyən etmək məqsədi ilə soyuq havalarda ən çox istifadə olunan klassik 40 DEN modelini seçiblər. Ekspertlər kalqotların yumuşaqlığı, keyfiyyəti və tikişlərinin rahatlığını qiymətləndiriblər. Həmçinin araşdırmaya bir neçə gün ərzində müxtəlif kalqotları geyinən 21-52 yaşlı xanımlar cəlb olunub. Bu məqamın köməyi ilə mütəxəsislər ən narahat, kobud tikişli və paltarın altından görünən kalqotları müəyyən etmişlər. Test olunan xanımların rəyləri laborator analizlərin testlərin cavabları ilə tutşdurulub.
Yumuşaqlığı araşdırmaq üçün tellərin necə toxunmasını göstərən makro şəkillərin köməyi, ilişməyə davamlılığı isə müxtəlif nahamar səthlərlər vasitəsilə yoxlayıblar. Formasına və elastikliyinə gəldikdə isə, ən yüksək qiyməti anatomik forması olan kalqotlar qazanmışdır. Daban, baldır və ayağın burnu ayrılan kalqotlar ən rahat kalqotlar sayılır. Həmçinin kalqotların yuxarı hissəsinin materialı və belin eni ölçülüb. Elastiklik isə silindrik forma və saniyə aparatı ilə yoxlanılıb. Beləliklə sizəmütəxəsisslərin rəyinə əsasən seçilən ən keyfiyyətli, rahat və davamlı kalqotların siyahısını təqdim edirik:
1.Pierre Cardin Toulon
Pierre Cardin Toulon - möhkəm krujevalı tumanlı, corab boğazı və pəncəsi xüsusi formalaşdırılmış şəffaf mat kalqotları, çox yumuşaq, toxunmağı xoş olan, komfortlu hamar tikişləri olan modeldir. Tərkibində elastanın yüksək olması sayəsində bu kalqotlar formanı çox yaxşı saxlayırlar. Xanımların da rəyinə görə çox rahat və xoş təsir bağışlayan bu kalqotların makro şəkildə göstərildiyi elementar tellərin düzgün və hamar toxunması, və qətiyyən strukturdan kənara çıxmamasını görmək olar.
Həmçinin qeyd etdiyimiz kimi, elastanın 22% olması onları həqiqətən elastik edərək, geyinildiyi zaman formasını itirməyərək, nə enlənməsinə nə də qat salmasına imkan yaratmır. 3.5 sm ölçülü möhkəm elastik beldən korreksiya edən tumana keçid çox professional işlənilmişdir. Korreksiya edən tuman isə qarının yığılmasında güclü diskomfort yaratmır lakin lazımı korreksiyanı verir.
Həmçinin sizə ikinci və daha aşağı sıralarda müəyyən olunan markaların adını təqdim edirik:
2. Omsa Velour microfibra
3. Calzedonia Sheer with lycra fibre
4. Sisi Style
5. Golden Lady Ciao
Saglamolun.Az