Загрузка...

Ayda 2-4 kq arıqlamaq istəyirsinizsə DİQQƏTLƏ OXUYUN

Dünya ulduzlarının hər zaman formada qalmasını görüb "necə edim ki, mən də gözəl bədən quruluşuna malik olum?" deyə düşünürsüzsə, bu yazı məhz sizin üçündür.

Bu dəfə sizi maraqlı sadə bir düstur ilə tanış edəcəyik. Gün ərzində istədiyiniz qədər kalorili yeməklər yeyib arıqlamaq istəyirsinizsə, 1919-cu ildə amerikalı alim Frensis Benedikt və Ceyms Harrisin insan metobolizması haqqında yazılan elmi kitabı ilə tanış olmalısınız. Bir çox dünya ulduzları məhz burada qeyd olunan normalara riayət etməklə cazibədar bədən quruluşuna sahib olurlar. Müəllif kitabda orqanizm üçün normal fəaliyyəti təmin edən zəruri olan enerji miqdarı, dinclik, çəki, yaş, boy və cinsiyyətin nəzərə alındığı düstur tərtib edib.

Publika.az sağlam arıqlamaq istəyən oxucular üçün dünya ulduzlarının da istifadə etdiyi primitiv arıqlama düsturu olan "Mifflina" düsturunu təqdim edir:

1990-cı ildə F.Benediktin tərtib etdiyi düstur alimlər tərəfindən daha da təkmilləşdirildi. Hesablama prinsipi isə olduğu kimi qaldı. Hal-hazırda dünyanın ən məşhur dietoloqları, hətta Amerikanın Dietoloqlar Assosiasiyası bu düsturu ən ideal göstərici olaraq tanıyır.

Düstur:

Qadınlar üçün: (10 × çəki (kq)) + (6,25 × boy(sm)) − (5 × yaş(il olaraq)) − 161.

Kişilər üçün: (10 × çəki (kq)) + (6,25 × boy(sm)) − (5 × yaş(il olaraq)) + 5.

Məsələn, 30 yaşlı boyu 1.70 santimetr və çəkisi 65 kq olan qadının normal fəaliyyəti üçün orqanizmdə olması gərəkən kalori miqdarını hesablayaq:

(10 × 65) + (6,25 × 170) — (5 × 30) — 161 = 1 401,5

Tədqiqatlara əsasən, göstərilən düsturlar demək olar ki, bütün insanlar üçün keçərlidir. Fərqli metabolizma, fərqli inkişaf sürəti, əzələ kütləsinin müxtəlif miqdarı nəzərə alınsa da, minimal kalori miqdarı nisbətdə eynidir. Alimlər qeyd edir ki, düstur yalnız normadan artıq piylənmə problemi yaşayan şəxslərdə düzgün göstəricilər verməyə bilər.

Dietoloqlar qeyd edir ki, sağlam arıqlamaq üçün orqanizmin kalori miqdarını qadınlar üçün 1 200 kkal, kişilər üçün isə 1 400 kkal-dan aşağı salmaq məsləhət görülmür.

Mifflina düsturunun tətbiqi qida rasionuna olduqca nisbi təsir göstərir. Səhər idmanı ilə yanaşı, gün ərzində 2 litr təmiz su qəbul etmək, meyvə, tərəvəz istehlak etmək, yuxu rejiminə riayət etmək olduqca faydalıdır. Əsas məqsəd mütəmadi olaraq idman üçün ayrılan vaxtda qeyd olunan iki idman hərəkətini yerinə yetirməkdir. Müəyyən müddətdən sonra orqanizm rejimə düşür və güclü idman etməsəniz belə davamlı orqanizmin kalori miqdarı hər dəfə 500 qram azalır. Ümumilikdə isə ay ərzində orqanizmdən asılı olaraq 2-4 kq çəki atacağınıza zəmanət verilir.


Saglamolun.Az

.
Загрузка...
.

.

HƏKİMLƏR

Aynur Səfiyeva

Aynur Səfiyeva

Proktologiya

Ümumi cərrah, kolorektal cərrahiyyə üzrə mütəxəssis Avropa Koloproktoloji Assosiasiyasının ilk milli...

Ətraflı...
Cavid Musazadə

Cavid Musazadə

Travmatologiya

Travmatoloq-ortoped (cərrah) Əmək stajı - 8 il

Ətraflı...
Nərgiz Nəzirova

Nərgiz Nəzirova

Dietologiya

Həkim-dietoloq Əmək stajı - 5 il

Ətraflı...

SON YAZILAR

Kimə üzüm yemək olmaz?

10-08-2018 /4157

Яндекс.Метрика