Vitaminsizlik bir bəla, çox vitamin isə min... - Təhlükəli hüceyrələri oyadır

Vitamin-insan orqanizminin normal inkişafı üçün vacibdir. Vitamin əksikliyi nəticəsində isə vücudda bir sıra problemlər baş qaldırmağa başlayır.

Son zamanlar "Vitaminin zərəri yoxdur", "Xəstələnməmək üçün vitamin qəbulu şərtdir", "Uşağım yaxşı yemir, vitamin almalıyam" düşüncəsi ilə özbaşına vitamin qəbulu halları artıb.

Medicina.az bildirir ki, terapevt-qastroenteroloq Mətanət Cəfərova vitaminlərin özbaşına qəbulunun yolverilməz olduğunu bildirib:
"Xüsusilə də yaşlı adamlarda. 65 yaş üzərindəki insanlara vitamin tərkibli dərmanların istifadəsinə icazə verilmir. Çünki vitaminlər, o  bədəndə yatmış olan hansısa xərçəng hüceyrəsini oyatmaq qabiliyyətinə malikdir. Həkim məsləhəti olmadan vitamin qəbulu düz deyil. Tərkibinin miqdarı gündəlik vitamin ehtiyacından da az olan vitaminlərin bir zərəri dəyməz. Amma ciddi tərkibi olan vitaminlərin, xüsusilə  B, A, E, D vitamininin qəbulu həkim göstərişi olmadan yolverilməzdir".

Vitamin çatışmazlığının özünəməxsus əlamətlərinin olduğunu əlavə edən M. Cəfərova hansı problemlərin hansı vitamin əksikliyindən yarandığını açıqlayıb:

"A vitamini çatışmazlığı xüsusilə görməyə təsir edir. Gözün zəifləməsinə səbəb olur. B12 vitamin çatışmazlığı yaddaşsızlığa, qanazlığına səbəb ola bilər.
D vitamini çatışmadıqda əzələ yorğunluğu, sümük ağrıları, tez yorulma halları baş verə bilər.

K vitamini çatışmazsa, bədən qanaxmalara meyilli ola bilər. Qan yaranma sistemində pozğunluqlar yarana bilər.

Qaraciyər üçün çox vacib olan vitamin E-dir. Bunu yenə də həkim təyin etməlidir. Bu vitamin çatışmadıqda yumurta hüceyrəsində spermatazoidin  inkişafının ləngiməsinə səbəb olur. E vitaminindən hədsiz çox istifadəsi qaraciyərdə hepatitin yaranmasına da gətirib çıxara bilər.

C vitamini çatışmadıqda immun sistemi zəif olur. Xəstəlik, virusa yoluxma halları artır. Miqdarı çox olduqda laxtalanma sisteminə təsir edir. Bu səbəbdən həkim göstərişi olmadan qəbul etmək olmaz, xüsusilə də C vitamini iynələri".

Həkim hazırda insanların ən çox həkim müayinəsi olmadan B12 iynələrini vurdurduğunu qeyd edib:

"Hansısa B12-lərin qəbulu yatmış hüceyrələri oyada bilər və xərçəng yaranmasına səbəb ola bilər. Xüsusilə də qan xərçəngi. Bunun üçün vitamin qəbul edən zaman insanlar çox ehtiyatlı olmalıdırlar".

Saglamolun.Az




loading...

TƏZYİQİ DƏRMANSIZ SALMAQ ÜÇÜN ƏN ASAN ÜSUL

HƏKİMLƏR

Ellada Sarıyeva

Ellada Sarıyeva

Ginekologiya

Mama-ginekoloq Tibb üzrə fəlsəfə doktoru İş stajı: 26 il

Ətraflı...
İsmayılova Xəyalə

İsmayılova Xəyalə

Ginekologiya

Mama-ginekoloq Uşaq ginekoloqu

Ətraflı...
Araz Salmanov

Araz Salmanov

Plastik cərrahiyyə

Plastik, Rekonstruktiv və Estetik cərrah, uzman İş stajı - 17 il

Ətraflı...

 


Яндекс.Метрика