Загрузка...

Belinizi və ombanızı ölçün və... Qadınlarda XƏRÇƏNGin riskini təyin edən TEST

Ümumdünya Xərçəng Araşdırmaları Fondunun alimləri aşkar ediblər ki, qadın bədəninin müəyyən parametrləri (ölçüləri) onda xərçəng riskini təyin etməyə imkan verir.

The Daily Mail xəbər verir ki, söhbət bel və omba ölçülərinin nisbətindən gedir.
Riski təyin etmək üçün bel çevrəsinin uzunluğunu omba çevrəsinin uzunluğuna bölün. Nəticə 0,85-dən yuxarı olmamalıdır. Məsələn, qadında bel çevrəsi 70, omba çevrəsi 95-dirsə, 70:95 = təxminən 0,74. Bu normaya uyğundur. (Kişilər üçün norma 0,90 qədərdir).  
Nəticə 0,85-dən böyükdürsə, bu o deməkdir ki, qadın abdominal piylənmədən əziyyət çəkir. Məhz abdominal piylənmə bir çox xərçəng xəstəliklərinin əsas risk faktoru kimi qiymətləndirilir. Nəticə hətta 0,1 artdıqda (0,85 yox 0,95), xərçəngin risk 21% artır.     
Alimlər vurğulayır ki, bədən çəkisinin daim normada saxlanması xərçəngdən qoruyur.
Bundan əlavə ABŞ-ın Milli Onkologiya İnstitutu xəbər verir ki, fiziki aktivlik xərçəngin 13 növünün (qida borusu, qaraciyər, ağciyər, böyrək, mədə, uşaqlıq və s.) riskini azaldır.


Saglamolun.Az

.
Загрузка...
.

Загрузка...

SON YAZILAR

Яндекс.Метрика