Загрузка...

Sinəni necə böyütmək olar. MƏSLƏHƏTLƏR

Təəssüf ki, sinəni yalnız cərrahi üsullarla əhəmiyyətli dərəcədə böyütmək mümkündür. Lakin bəzi vasitələrin köməyi ilə sinəni bir qədər qaldırmaq, vizual olaraq böyütmək və daha gözəl etmək mümkündür.

1. Xüsusi kremlər

Bu kremlər iki qrupa bölünür: tərkibində hormonlar olan və tərkibində hormonlar olmayan kremlər.

Belə kremlər xüsusi komponentlərin köməyi ilə yüngül liftinq effekt verir - sinə qalxır, sinənin dərisi hamarlanır, daha dartılmış olur. Lakin tərkibində hormonlar (fitoestrogenlər) olan kremlərlə ehtiyatlı olmaq lazımdır. Onlardan istifadə etdikdən əvvəl mütləq həkimlə məsləhətləşin. Belə kremlər sağlamlığa ziyan vura bilər.

Mənşəsi bilinməyən kremlərdən istifadə etməyin. Bu sağlamlığınız üçün ziyanlıdır.

2. Kontrast duş

Konrtast duş (soyuq və ilıq suyun növbələşməsi) sinədə qan dövranını yaxşılaşdırır, sinə və dekolte nahiyəsinin dərisinin vəziyyətini yaxşılaşdırır.

Həmçinin belə duş massaj effekti verir.

3. Xüsusi idman hərəkətləri

Sinə piy və birləşdirici toxumadan ibarətdir, orada əzələ yoxdur. Lakin sinəni əhatə edən əzələləri xüsusi hərəkətlərin köməyi ilə möhkəmləndikdə sinə qalxır və vizual olaraq daha böyük görünür.

4. Massaj

Massaj qan dövranını yaxşılaşdırır, əzələləri möhkəmləndirir, dərini daha elastik və cavan edir. Sinəni massaj etdikdə ehtiyatlı olun, bütün hərəkətlər çox yüngül olmalıdır. Sinə travmaları (sıxılma, zərbə) gələcəkdə çox ağır nəticələrə o cümlədən süd vəzi xərçənginə gətirib çıxarda bilər.

5. Düz qamət

Qamətin düz olması kiçik sinəni daha böyük göstərə bilər. Hər zaman qamətinizə fikir verin.

6. Push-up büsthalterlər

Belə büsthalterlər sinəni xeyli böyük göstərir. Lakin nəzərə almaq lazımdır ki, belə büsthalterləri daim taxmaq və xüsusilə də belə büsthalterlərdə yatmaq olmaz.


Saglamolun.Az

.
loading...
.

loading...
.

HƏKİMLƏR

Zülfiyyə Bağırova

Zülfiyyə Bağırova

Kosmetoloq

Kosmetoloq İş stajı - 4 il

Ətraflı...
Vüqar Fəttah-Pur

Vüqar Fəttah-Pur

Damar xəstəlikləri

Cərrah-fleboloq (damar xəstəlikləri) İş stajı - 18 il

Ətraflı...
Cəmil İskəndərov

Cəmil İskəndərov

Neyrocərrahiyyə

Neyrocərrah İş stajı - 13 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика